Avtovağzalla rayona getmək istəyənlərin NƏZƏRİNƏ! Bilet alışı prosesinə dəyişiklik edilib
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə müvafiq qanunvericiliyə əsasən bilet alışı prosesinə dəyişiklik edilib.
BAKU.WS bu barədə BBAK-a istinadən xəbər verir.
Bildirib ki, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün satılır. Bu qayda "biletim.az" portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil olunur.
Qeyd edək ki, bu qayda ilkin mərhələdə digər şəhər və rayon avtovağzallarına şamil edilmir.
Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını müvafiq qaydaya əsasən tənzimləmələri xahiş olunur.
Qeyd edək ki, kassaya gəlmədən, öncədən rahat şəkildə bilet almaq üçün "biletim.az" platformasından istifadə etmək tövsiyə olunur. Daha sərfəli qiymət və yer seçimi imkanından yararlanın!
Oxşar xəbərlər
Fermerler problem yaşayırlar: "Heyvanlarımızı bazara çıxarıb sata bilmirik"
2025-ci ilin oktyabr ayından başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması səbəbindən ölkə ərazisindəki heyvan satışı...