Avtomobillərdə pultla idarə olunan şüşə örtüklərinin satışı qanunidir? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə pultla idarə olunan şüşə örtüklərinin ("plyonka") satışı həyata keçirilir. Maraqlısı budur ki, düymə sıxılan anda avtomobilin içərisi görünmür.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, qiyməti 1 000 manatdan artıq olan bu vasitəni həm ön, həm də arxa şüşülərə yerləşdirmək mümkündür.
Həmin əşyanın satıcıları bildirirlər ki, bu yeni vasitəyə hazırda xeyli tələbat var. Bəs bu cür vasitələrin istifadəsi, xüsusilə də ön şüşəyə yerləşdirilməsi qanunidir?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, örtüklər müəyyən standartlara uyğun yerləşdirilməlidir. Onların ön şüşədə olması isə qadağandır.
Qaydaya əməl etməyən şəxsləri 150 manat məbləğində cərimə gözləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Göyçayda Şəhidlər xiyabanına yürüş keçirilib
Göyçayda bir qrup gənc 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan bayrağı ilə Şəhidlər xiyabanına yürüş təşkil edib. BAKU.WS xəbər verir ki, bu barədə video sos...