Avtobusların gündəlik planı necə müəyyənləşir? - VİDEO

Avtobusların gündəlik planı necə müəyyənləşir? - VİDEO
Video
Sosial 94

Bəzi daşıyıcı şirkətlərin sürücülər qarşısında qoyduqları gündəlik plan pulu ilə bağlı şərt sürücülərin etirazına səbəb olur. Məsələn, bir neçə gün əvvəl Sumqayıtda 10 A saylı marşrut xətti üzrə hərəkət edən avtobusların sürücüləri məhz elə bu səbəbdən səhər saatlarından işə çıxmaqdan imtina ediblər.

BAKU.WS xəbər verir ki, “Sumqayıt Nəqliyyat -1” MMC-nin balansındakı 12 marşrut xəttində olan hər bir avtobus sürücüsü gündəlik plan pulu ödəyirlər.

MMC-nin qaraj rəisi Sirac Səfərov "Xəzər Xəbər"ə bildirib ki, avtobusların əksəriyyəti kreditlə alındığına görə sürücülərin ödədikləri plan pulu kreditə ödənilməklə yanaşı, avtobusların təmirinə xərclənir və qarajda çalışan əməkdaşlara əməkhaqqı qismində verilir.

Sirac Səfərov onu da bildirib ki, yaxın vaxtlarda Sumqayıtda marşrut avtobusları kart sisteminə keçəcək və bu kimi problemlər yaşanmayacaq:

“Sumqayıtda plan pulunun çox olmasına sürücülərin etirazı ilə nəticələnən bu hadisə bir məsələni aktuallaşdırır. Qaydalara görə marşrut avtobuslarının sürücüləri daşıyıcı şirkətə gündəlik plan pulu ödəməlidirlərmi? Ümumiyyətlə, plan pulu ilə bağlı standart varmı?”

Daha ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər