Avtobusda özünü yaxşı aparmayan sərnişinlər ifşa olunacaq: Kamera quraşdırılır
Bakıda sərnişindaşıma ilə məşğul olan avtobusların hamısına kamera quraşdırılacaq.
Bu barədə BAKU.WS-ə Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Bildiririk ki, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır.
Məqsəd müntəzəm sənişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır. Bunu nəzərə alaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir. Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.
ƏLİ
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bəzi avtobuslar bu gündən kart sisteminə keçdi (SİYAHI)
Bu gündən etibarən Bakıda daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək. Bu barədə BAKU...