“Avtobusa görə işimdən olmuşam” - Tıxacdan işsizliyə - VİDEO

“Avtobusa görə işimdən olmuşam” - Tıxacdan işsizliyə - VİDEO
Video
Sosial 512

Baş Dövlət Yol Polis idarəsi avtobuslardan istifadə edənləri sərnişinlərin sayı çox olan ictimai nəqliyyat vasitələrindən istifadə etməkdən çəkinməyə çağırıb.

BAKU.WS xəbər verir ki, BAKU TV-nin çəkiliş qrupu isə bu qaydaya nə dərəcə riayət olunması ilə bağlı süjet hazırlayıb.

Saat 7-nin yarısıdır, DYP-nin tövsiyələrinə əməl etməyə çalışdıq. Amma nəticə göz önündədir. Düz yarım saatdır ki, 2 avtobus ötürdük və hələ də minə bilmədik bu gedişlə neçə saat burada gözləməli olacağımızı bilmirik. Buna görə də biz də digərləri kimi sağlamlığımızı təhlükə altına ataraq avtobusa minəcəyik.

Sürücü: “Kimə deyə bilərəm ki, minmə? Deyirəm minmə, deyir ki, minirəm. Ya metro açılmalıdır, ya avtobus artmalıdır”.

Sərnişin: “7A avtobusuna görə işimdən olmuşam. İşə 45 dəqiqə gecikmişdim. Gec gəlir, basa-bas olur. 2 dəfə gecikdim, dedilər ki, bu qədər də olmaz”.

Bu vəziyyətdə, bu qaydalara riayət etmək üçün sərnişinlərin də dediyi kimi avtobusların sayı çoxaldılıb, metronun da fəaliyyəti bərpa olunmalıdır. Ümid edək ki, BNA məktəblərin də açılmağını nəzərə alıb, avtobusların sayını çoxaldacaq.

Geniş reportajı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər