Avtobus zolağı ilə hərəkət edən "Ferrari" ilə bağlı tədbir görülüb
13
mar
2026
11:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən "Ferrari" markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
BAKU.WS xəbər verir ki, Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...