Avropada M çiçəyi virusu xəbərdarlığı: Hazır olun!
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) M çiçəyi virusunun riskinin aşağı olmasına baxmayaraq arta biləcəyi barədə xəbərdarlıq edib və Avropa ölkələrini hazırlıqlı olmağa çağırıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin (AP) Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsi (ENVI), Avropa İttifaqı (Aİ) Komissiyasının Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi (HERA), Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) və Avropa Dərman Agentliyinin (EMA) təşkil etdiyi toplantıda M çiçəyi virusu ilə bağlı mövcud vəziyyət və hazırlıqlar müzakirə edilib.
M çiçəyi virusu siçan, dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın yayılmasına şərait yaradır. İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi direktoru Dr. Pamela Rendi-Vaqner bildirib ki, Avropada epidemiya riski hazırkı şəraitdə azdır və Avropada bu virus yalnız avqustun 15-də İsveçdə aşkarlanıb.
Rendi-Vaqner Afrikadakı epidemiyanın çox daha geniş yayıldığını bildirib.
Rendi-Vaqner, ECDC-nin Avropa İttifaqına üzv dövlətləri epidemiyaya qarşı hazırlamaqla yanaşı, Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında da sahədə fəaliyyət göstərdiyini və bu yolla bölgədəki səhiyyə orqanlarına dəstək olduqlarını söylədi. Afrikadakı epidemiyaya nəzarət etmək və onun digər qitələrə yayılmasının qarşısını almaq üçün "virus haqqında daha çox məlumat əldə etdiklərini" söylədi.
Xatırlatmaq lazımdır ki, M çiçəyi yeni Covid-19 deyil. Rendi-Vaqner iki virusun fərqli yollarla yayıldığına, fərqli risklərə malik olduğuna və hazırda M çiçəyi virusuna qarşı peyvəndin olduğuna diqqət çəkib.
Oxşar xəbərlər
Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı
Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb. Oxu.Az xəbər verir ki, təmir nəticəsində burada...