Avropa İttifaqı və ÜST Azərbaycana tibbi yardım etdilər – FOTO

Avropa İttifaqı və ÜST Azərbaycana tibbi yardım etdilər – FOTO
Foto
Sosial 229

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu Azərbaycana tibbi yardım göndərib.

BAKU.WS xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycan nümayəndiliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

Qeyd olunur ki, COVID-19-la mübarizədə Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrə dəstək layihəsi çərçivəsində Azərbaycana 10 000 şəffaf üz sipəri, 10 000 tibbi maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator gətirilib.

Bildirilib ki, bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər