Autizmli şəxslərin əsas xüsusiyyətləri

Autizmli şəxslərin əsas xüsusiyyətləri
Sosial 469

Autizmli insanların özəlliyi ünsiyyətdə çətinliklər, nitq problemləri və stereotipik təkrarlanan hərəkətlərdir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, autizm sindromlu yeniyetmələr adətən sadə ünsiyyət bacarıqlarına yiyələnirlər, lakin yenə də təkliyə üstünlük verirlər.

Autizmli şəxslərdə yetkinlik dövrü digər insanlara nisbətən daha mürəkkəb keçir. Çox tez depressiyaya düşə bilirlər.

Tədqiqatçılar hələ də uşaqlarda autizmin səbəblərini müəyyən edə bilmirlər.

Baxmayaraq ki, bu barədə bir çox nəzəriyyə var, lakin onlardan heç biri klinik olaraq təsdiqlənməyib.

Uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən mürəkkəb bir prosesdir.

Araşdırmalarada bildirilir ki, autizm olan uşaqlarda körpəlikdən göz təması olmaya bilər. Bəzi jestləri öyrənə bilmirlər və ya gec öyrənirlər, onlardan fərqli cür istifadə edə bilərlər.

Autizmli uşaqların bəzi ümumi öyrənmə problemləri var. Bacarıqları bir sahədə yaxşı, digərində pis ola bilir. Autizmdə müalicə əsasən erkən diaqnoz, davranış üsulları və uşağın xüsusiyyətlərinə görə formalaşan xüsusi təhsil təcrübələrinə əsaslanır.

Autizmin qəti diaqnozu üçün bioloji müayinə metodu hələ tapılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər