Audiovizual Şura "Neftçi TV" üçün platforma yayımçısı lisenziyasını ləğv edib
Audiovizual Şura "Neftçi TV" üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.
BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub.
Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.
Qeyd edək ki, "Neftçi TV" "Neftçi" Futbol Klubuna məxsus idi.
Oxşar xəbərlər
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici əvvəlki illə müqayisədə bir va...