Attestat və diplomlar tam elektron formatda təqdim olunacaq

Attestat və diplomlar tam elektron formatda təqdim olunacaq
Sosial 32

Növbəti tədris ilindən etibarən Azərbaycanda attestat və diplomlar tam elektron formatda təqdim olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 2025-2026-cı tədris ilindən başlayaraq təhsil haqqında dövlət sənədləri kağız daşıyıcı ilə yanaşı, elektron qaydada da formalaşdırılacaq.

Bildirilib ki, yeni qaydalara əsasən, attestat və diplomlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən elektron formatda hazırlanacaq. Sənədlərdə əks olunan məlumatlar isə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə ediləcək.

Yenilik sayəsində məzunlar təhsil sənədlərini şəxsi elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron formada paylaşa, həmçinin ehtiyac yarandıqda çap edərək istifadə edə biləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər