Attestasiyada ən zəif nəticə göstərən təhsil müəssisəsi hansıdır?
Azərbaycanda attestasiyada ən zəif nəticə göstərən təhsil müəssisəsinin adı açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə danışıb.
Onun sözlərinə görə, Sumqayıt Musiqi Kollecinin məzunları ən aşağı nəticə ortaya qoyublar:
"Bu kollecdən məzun olanların 287 nəfəri attestasiyada uğur qazanmayıb. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecini bitirənlər arasında bu göstərici 170 nəfər təşkil edir. Şuşa Musiqi Kollecinin məzunları üzrə 60, Bakı Musiqi Akademiyası üzrə 33, Ağdam Musiqi Kolleci üzrə isə 24 nəfər uğursuz nəticə göstərib".
Oxşar xəbərlər
Novruz və Ramazan bayramlarında 430 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri martın 20–27-də gücləndiri...