Astarada bir sıra yaşayış məntəqələrində işiq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan BAKU.WS-ə verilən məlumata görə, Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 19 noyabr tarixində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri aparılacaq.
Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...