“ASAN xidmət”dən əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı xəbərlərə RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
“ASAN Xidmət əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:
“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.
Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 ASAN Xidmət Mərkəzi, 2 ASAN Kommunal Mərkəzi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Sərtləşdirilmiş xüsusi karantin rejiminin detalları bilindi - Bunlara riayət etmədən çölə çıxmayın
Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləş...