"ASAN xidmət"ə 100 milyonuncu müraciət qeydə alınıb
"ASAN xidmət"ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, bu müraciət 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaş İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib.
O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim edib.
Qalereya
Oxşar xəbərlər
Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək?
Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin ikinci korpusunda təmir işlər...