Artur Rasi-zadə maaş artımı ilə bağlı qərarı imzaladı
22
mar
2018
11:53
Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Qərara əsasən, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib. Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.BAKU.WS
Oxşar xəbərlər
Xadimə, dalandar, bağban, gözətçi və ocaqçıların maaşları 20 manat artırılıb
Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) a...