"Artıq bu saatdan sənin atan deyiləm" - Eldar Sabiroğlu yazılı şəkildə oğlundan İMTİNA ETDİ

Artıq bu saatdan sənin atan deyiləm - Eldar Sabiroğlu yazılı şəkildə oğlundan İMTİNA ETDİ
Sosial 2461
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.BAKU.WS xəbər verir ki, E.Sabiroğlu oğluna məktub yazaraq, ondan imtina etdiyini açıqlayıb. Rüfətin sosial şəbəkədə paylaşdığı məktubun mətnini təqdim edirik:"Rüfət, heç istəməzdim belə olsun. Ancaq bu da mənim taleyimdir. Barışmaqdan özgə çarəm yoxdur. Allahın verdiyi ömür nə vaxt dayanacaq, bir söz deyə bilmərəm, Yaradanın əlindədir. Bu qısa məktubumu vəsiyyət kimi də qəbul edə bilərsən. Artıq ata-oğul arasında elə bir yenilməz divar hördün ki, mən bu divarı aşa bilmirəm. Duyğularımı, sevincimi söndürdün. Mən indi özümü arvasız və güvənsiz insan kimi hiss edirəm. Yenə də sənə xoşbəxt həyat arzulayıram.Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarəm üstünə gəlməni də istəmirəm. Halal olmaz. O dünyamı rahat buraxarsan. Allah səni xətadan-baladan hifz etsin!",-yazaraq, oğluna məzarı üstünə gəlməməsini vəsiyyət edib. Sənin keçmiş atan 17 iyun 2019. saat 3.20"
Xatırladaq ki, Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqidir. O, rüşvət almaqda təqsirləndirilərək həbs edilmiş, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmışdı.Zülfiyyə Qurbanova

Oxşar xəbərlər

Son xəbərlər