Arıqlama vasitələri nəyə səbəb olur? - Çəki azalır, ölüm riski artır

Bir müddət əvvəl Rusiyada 17 yaşlı qız arıqlamaq məqsədilə istifadə etdiyi dərmandan insult keçirərək həyatını itirib.
Bu, yalnız bir ailənin faciəsi deyil. Son zamanlar arıqlama dərmanlarına artan marağı da nəzərə alsaq, cəmiyyət üçün ciddi siqnaldır.
Daha incə bədənə sahib olmaq istəyənlərin əksəriyyəti pəhriz və idmanı deyil, məhz arıqlama dərmanlarını seçir.
Diyetoloq Leyla Zülfüqarlı qeyd edib ki, arıqlamaq üçün istifadə edilən və tərkibində sibutramin maddəsi olan dərmanlar ölüm riski yaradır.
"Bu dərmanlar toxluq hissinə səbəb olur. İnsanda iştahasızlıq yarandığı üçün qida qəbul etmək istəmir. Daha sonra orqanizmin özünümüdafiə funksiyası azalır, immunitet aşağı düşür və orqanlar sistemində dəyişikliklər müşahidə edilməyə başlayır", - deyə o əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
Əcnəbilərin Gürcüstanda işləməsinə məhdudiyyət qoyula bilər
Gürcüstan Daxili İşlər Nazirliyi yerli bazarda xarici miqrantların işə götürülməsi məsələsinin tənzimlənməsi və onlar üçün kvotaların tətbiqi üzərində işləyir....