Arif Alışanov AzTV-dən çıxarılmağından danışdı
18
yan
2019
15:59
“Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.BAKU.WS xəbər verir ki, bu sözləri Modern.az-a ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov deyib.A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb:“Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab Prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimizdən birini seçib”.A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.Xatırladaq ki, Arif Alışanov 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatıb.BAKU.WS
Oxşar xəbərlər
Q.Məhərrəmli: "Alışanov adı kriminalda, hətta qətldə hallanan yeganə sədr oldu"
"Əlbəttə, Alışanovun AzTV sədliyindən çıxarılması yaxşı hadisədir". Bu sözləri jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib. BAKU.WS xəbər verir ki, mütəmadi...