AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD(3-monoxlorpropan1,2-diol ) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.
AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır. Nəzarəti tədbirləri davam etdirəcək.
Oxşar xəbərlər
Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ
Bakıda 4, 35 və 32 nömrəli şəhər poliklinikalarında təmir işlərinin aparılması planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri İnnovasiya və Təchizat...