AQTA restoran və şadlıq evlərində reydlər keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki bu barədə AQTA-nın Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib.
Agentlikdən bildirilib ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.
Qeyd olunub ki, Agentlik tərəfindən reydlər həyata keçiriləcək və tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...