AQTA-dan həyəcan SİQNALI - 10 minlərlə saxta içki...

AQTA-dan həyəcan SİQNALI - 10 minlərlə saxta içki...
Sosial 1716

Qida Təhlükəsizliyi Agentliyi küstar üsulla hazırlanmış «Chivas Regal 12» əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı apardığı kompleks araşdırma zamanı bəzi detallar üzə çıxarıb.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub:

"Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olundu. Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır.

Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir. Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara - Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Alkoqollu içkilərlə bağlı XƏBƏRDARLIQ - FOTO

Alkoqollu içkilərlə bağlı XƏBƏRDARLIQ - FOTO

Kustar üsulla alkoqollu içkilərin hazırlanması halı aşkar edilib. Bu barədə Vergilər Nazirliyindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, vergi orqanları...

1387 Sosial 11:55 13 dekabr 2019

Son xəbərlər