Apteklərdən pulsuz dərmanları nə vaxtdan ala biləcəyik? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının tətbiqi ilə bağlı hazırlıq işləri davam etdirilir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Hacaliyeva BAKU.WS-in soğrusuna cavab olaraq bildirib ki, hazırda dərmanların pozitiv siyahıya daxil edilməsi, qiymət və kompensasiya mexanizmləri ilə bağlı normativ baza formalaşdırılıb.
Qeyd edilib ki, elektron resept, dərmanların izlənməsi, aptek modulu və digər informasiya sistemlərinin inteqrasiyası üzrə texniki hazırlıq işləri aparılır:
"Növbəti mərhələdə sistemlərin inteqrasiyası və sınaq işlərinin keçirilməsi, tibb müəssisələri və apteklərin prosesə qoşulması nəzərdə tutulur.Sistem hazırlıq tədbirləri tamamlandıqdan və müvafiq normativ sənədlər təsdiqləndikdən sonra mərhələli şəkildə tətbiq ediləcək".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...