Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib
2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
Bu barədə BAKU.WS-ə AEM-dən məlumat verilib.
Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
Oxşar xəbərlər
Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq
İyulun 8-də Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) ərazisində 1...