Aprel ayının sonuna olan hava proqnozu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...