ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır? - AÇIQLAMA

ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır? - AÇIQLAMA
Sosial 637

Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-dən verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib.

Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir.

BAKU.WS-in məlumatına görə, “modern.az” saytına məlum olub ki, ümumrespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.

ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı təsdiqləyib. S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib:

“Bu müsabiqədə bizim “İstipress” MMC, “İNS ÇM” MMC və “Balans Studiyası” MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik.

Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nin səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!”

Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan “İstipress” MMC, “İNS ÇM” MMC və “Balans Studiyası” MMC-yə ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nin iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.

Oxşar xəbərlər

Yeni TV kanalın açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatdı

Yeni TV kanalın açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatdı

İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD ya...

179 Sosial 19:59 07 iyul 2021

Son xəbərlər