ANS-in Fətullah Güləndən müsahibə götürən müxbiri Azərbaycana qayıtdı

ANS-in Fətullah Güləndən müsahibə götürən müxbiri Azərbaycana qayıtdı
Sosial 2131
 

Yayımı dayandırılan ANS TV-nin ABŞ bürosunun rəhbəri, tanınmış jurnalist Qənirə Ataşova Azərbaycana gəlib.

BAKU.WS Primetime.az-a istinadən xəbər verir ki, səlahiyyət müddəti sona çatdığından müxbir Vətənə qayıtmalı olub. 

Qeyd edək ki, Qənirə ötən il avqust ayında çalışdığı media şirkətinin Amerika bürosuna rəhbər təyin olunmuşdu. Jurnalistin 15 iyulda İstanbulda hərbi çevrilişə edilən cəhddə əlaqəsi olduğu iddia olunan Fətullah Güləndən aldığı müsahibə efirdə yayımlanmasa da, bu qalmaqallı süjet ANS TV-nin lisenziyasının ləğvinə gətirib çıxardı.

BAKU.WS

Son xəbərlər