ANS-dən sərt cavab: “Kişidir, qoy eləsin”

ANS-dən sərt cavab: “Kişidir, qoy eləsin”
Sosial 9546

Xəbər verdiyimiz kimi, Zoologiya İnstitutunun direktoru Elman Yusifov ANS teleşirkətinə əmlakını institutun binasından çıxarması üçün 10 gün vaxt qoyub. Direktor bildirib ki, əks təqdirdə bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapıları açıb əşyaları bayıra atacaq. 

BAKU.WS xəbər verir ki, "qafqazinfo" bununla bağlı ANS şirkətlər Qrupu prezidentinin media müşaviri Mayis Məmmədovla əlaqə saxlayıb. Əmlakın olduğu otaqların prokurorluq tərəfindən bağlandığını deyən müşavir hazırda heç kəsin ora daxil ola bilmədiyini vurğulayıb. Məmmədov qeyd edib ki, institut rəhbərliyi istəsə belə, hazırda əşyaları otaqlardan götürə bilməyəcək:

"Bizim əşyalarımız olan otaqları prokurorluq bağlayıb. Hazırda oraya girməyə heç bizim də ixtiyarımız yoxdur. Hansı əsasla belə bir açıqlama verib başa düşmürük. Necə götürüb atacaq? Kişidir, qoy eləsin, qoy atsın. İndi onunla dava edəsiyik? Biz bağlamamışıq ki, prokrorluq bağlayıb. Orada bizim arxivimiz var. O elə arxivdir ki, heç kimdə yoxdur. Heydər Əliyev, Qarabağla bağlı bütün arxiv oradadır. O vaxt ANS yeganə müstəqil kanal olub. Digər özəl kanallar sonradan açılmağa başladı. Qarşıdan Heydər Əliyevin ad günü gəlir. Mən xahiş etdim ki, arxivdən bəzi şeyləri götürməyə icazə versinlər. Razı olmadılar. İndi inistutun direktoru böyük adamdır, o qapını açdıra bilirsə, açdırsın”.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ANS üçün son xəbərdarlıq-“Səbrin də bir limiti var"

ANS üçün son xəbərdarlıq-“Səbrin də bir limiti var"

AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi. Xəbərdarl...

3536 Sosial 14:52 18 aprel 2017

Son xəbərlər