Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir"

Anar Qafarov: Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir
Sosial 3

"Cibinizdə daşıdığınız, ovcunuza sığan və bəlkə də bir çox qlobal problemləri evinizə qədər daşıyıb gətirən o balaca ekranların arxasında əslində böyük döyüşlər, böyük savaşlar, böyük müharibələr gedir. Bu müharibələri mən həqiqət uğrunda gedən müharibələr adlandırıram".

BAKU.WS xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" adlı panel sessiyasında çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun "Dinşünaslıq" kafedrasının müdiri Anar Qafarov bildirib.

O qeyd edib ki, onsuz da ölçmə və dəyərləndirmə mexanizmləri ortaya dəqiq bir şəkildə çıxdıqdan sonra nəyin həqiqət, nəyin həqiqət olmadığını beyin süzgəcindən keçirə bilmək imkanına sahib oluruq: "Amma bunlar da həqiqət uğrunda gedən müharibələrdir.

Bu müharibənin əsas hədəfi insanın ağlı və qəlbidir. Sual oluna bilər, nə üçün ağıl və qəlb? Çünki bizim düşüncələrimiz, duyğularımız, davranışlarımız, inanclarımızın sonunda ağıl və qəlb dayanır. Bəs görəsən o kiçik ekranın arxasındakı o geniş dünya, o rəqəmsal medyanın, rəqəmsal dünyanın bizə təqdim etmiş olduğu həqiqət nə qədər doğrudur? Olub-olduğu qədərdir. Ya da bir saniyədə milyardlarla informasiya axınına məruz qalan o virtual okeanda həqiqətin keşiyində nə qədər dururuq? Bəlkə də həqiqət elə o alqoritmlərin əsrinə çevrilib".

Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı reallaşır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər