Amnistiya aktı ilə 878 nəfər şərti cəzadan azad edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı ilə fevralın 19-dək 878 nəfər şərti cəzadan azad edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirib.
Onun sözlərinə görə, onlardan 826 nəfəri azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar, 52 nəfəri isə digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlardır.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...