Almaniyadan daha 61 azərbaycanlı deportasiya edildi - RƏSMİ AÇIQLAMA
15
noy
2019
11:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı açıqlamada bildirilib:““Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb”.
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub
"Azərbaycan vətəndaşlarının readmissiya sazişləri çərçivəsində geri qaytarılması ilə bağlı müraciətlər daha çox Almaniya ilə bağlı olur".BAKU.WS "report"a istin...