Azərbaycanda 89 yaşlı kişi və 83 yaşı qadın evləndi

18
iyn
2019
16:23
2018-ci ildə 50 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 2810 nəfər olub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən “buta.ws”ə bildirilib ki, onlardan 1862 nəfəri kişi, 948 nəfəri qadın olub.Qeyd edilib ki, ötən il 60 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 917 nəfər olub, onlardan 707 nəfəri kişi, 210 nəfəri qadındır.70 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı isə 205 nəfərdir. Onlardan 188 nəfəri kişi, 17 nəfəri isə qadındır.Bundan əlavə, ötən il nikaha daxil olan zaman ən yaşlı kişinin 89, ən yaşlı qadının isə 83 yaşı olub.
Oxşar xəbərlər
SOS! Azərbaycanda xərçəng xəstələrinin sayı durmadan artır - STATİSTİKA
Azərbaycanda onkoloji xəstələrin ümumi sayında artım var.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Müalicə-profilaktika müəssisələrində qeydiy...