Allahşükür Paşazadə ABŞ-yə gedir
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.
QMİ-dən BAKU.WS-ə verilən məlumata görə İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri A. Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.
ABŞ-a səfəri çərçivəsində Şeyxülislam A. Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur. QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, "Dinlər Sülh uğrunda" Təşkilatı və "Vicdana çağırış" Fondunun rəhbərləri və b. ilə görüşləri planlaşdırılır.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...