Ali təhsil müəssisələrinə qəbul imtahanına qeydiyyat prosesi başlayıb
Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb.
Qeydiyyat prosesi martın 5-dək davam edəcək.
Bundan əlavə, əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı aprelin 19-da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda 33 min abonent qazsız qalacaq
Saat 11:00-dan etibarən işlər yekunlaşanadək Şəki şəhər ərazisi və 32 kənddə 32 525 əhali abonentin və 546 qeyri-əhali abonentin qaz təchizatının Cəfərabad Qazp...