Alatava sakinlərinin həll olunmayan PROBLEMİ
Yasamal rayonu, 2-ci Alatava ərazisində yolun dar olması sürücülər və sakinlər arasında ciddi narazılığa səbəb olub.
Aylardır aparılan qazıntı işləri nəticəsində yol demək olar ki, yalnız bir avtomobilin hərəkət edə biləcəyi vəziyyətə düşüb. Vətəndaşlar isə problemin hansı qurumun səlahiyyətində olduğunu müəyyənləşdirə bilmədiklərini bildirirlər.
"Neçə ildən sonra park saldılar. Biz ora uşağı apara bilmirik, çünki səki yoxdur. İnsanlar yolun ortası ilə gedib-gəlirlər. Qazıntı işləri də bizi pis vəziyyətə salıb, evləri toz basıb", - deyə sakinlərdən biri şikayətlənib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən qazıntı işlərinə qurum tərəfindən heç bir rəy verilməyib:
"Lakin araşdırma zamanı müəyyən edilib ki, işlər "Azərişıq" ASC tərəfindən verilmiş texniki şərt və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin müəyyən etdiyi marşrut əsasında həyata keçirilir. Qurum tərəfindən işlərin sürətləndirilməsi məqsədilə ərazi nəzarətə götürülüb".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır?
"Yol Tikinti Servis" MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir. Baku TV-nin məlumatına görə, ağır materialların daşınması i...