“Ailə Park” MMC-dən koronavirusla mübarizəyə 20 minlik yardım
Yeniliklərdən dərhal xəbərdar olun
“Ailə Park” MMC şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat kömək ayrılması ilə bağlı qərar verib.
Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.
Şirkətdən verilən açıqlamaya əsasən, şirkət eyni zamanda COVİD-19 virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən “Ailə Park” MMC tabeliyində bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.
“Ailə Park” MMC bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna COVID-19 virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.
Oxşar xəbərlər
Banklarda krediti olanlara şad xəbər - RƏSMİ
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbay...