Ağsu aşırımı buz bağlayıb - Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 85-ci km-dən başlayaraq, həmçinin Gəndob-Yalama yolunda, Bakı-Şamaxı-Yexlax yolununun 48-ci km-dən başlayaraq, həmçinin Ağsu aşırımında qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun isə 400-cü km-dən başlayaraq qar yağır, hərəkət var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi, eyni zamanda qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların yola çıxmaması xahiş olunur.
Oxşar xəbərlər
Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI – 15 dərəcə şaxta olub
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...