Ağır yaralanan qazimiz Türkiyəyə göndərildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə BAKU.WS-ə Fondun mətbuat xidmətindən bildirilib.
“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Qalereya
Oxşar xəbərlər
Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib - FOTO
“YAŞAT” Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib. BAKU.WS xəbər verir ki, bu barədə Fonddan bildirilib. Müalicə məqsədilə ağır y...