Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib - FOTO

Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib - FOTO
Foto
Sosial 36

“YAŞAT” Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Müalicə məqsədilə ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıtdı: Daha iki nəfər müalicəyə göndərildi - FOTO

Türkiyədə müalicə alan 10 qazi Azərbaycana qayıtdı: Daha iki nəfər müalicəyə göndərildi - FOTO

Qazilərimizin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə Fonddan məlumat verilib. Qeyd olunub ki, Türkiyədə müa...

38 Sosial 16:16 25 iyul 2022

Son xəbərlər