Daha 12 qazimiz Türkiyəyə göndərildi
Vətən müharibəsində ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan BAKU.WS-ə bildirilib ki, həmin qazilər aşağıdakılardır:
1. Ələkbərov İlkin Elçin oğlu2. Atakişiyev Yusif Fariz oğlu3. Kazımov Kənan Çinar oğlu4. Eyvazov Səbuhi Rahim oğlu5. Seyfullayev Havil Səyədullah oğlu6. Osmanov Zamir Şakir oğlu7. Quliyev Şahmar Anar oğlu8. Abdullayev Pərvin Dövlət oğlu9. Əliyev Arzu Könül oğlu10. Məmmədkərimov Nicat Əfsun oğlu11. Musayev Bəhman Natiq oğlu12. Hüseynov Ülvi Məsum oğlu
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin! Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Qalereya
Oxşar xəbərlər
Daha 27 qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO
Ağır yaralanan daha 27 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu barədə BAKU.WS-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar...