İlk köç karvanı Kolatağ kəndinə çatıb

İlk köç karvanı Kolatağ kəndinə çatıb
Foto
Sosial 60

İlk köç karvanı Ağdərə rayonunun Kolatağ kəndinə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ailələrin qarşılnma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

*** 12:24

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ilkin mərhələdə kəndə 26 ailə (89 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, kənddə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) məskunlaşacaq.

Son xəbərlər