Ağdaş şəhər stadionu təmirə bağlanır - GÖSTƏRİŞ VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş şəhər stadionunda təmir işlərinə yaxın günlərdə start veriləcək.
BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, II liqada çıxış edən "Ağdaş" klubu ev oyunlarını bu arenada keçirir. Stadion baxımsız durumda olduğundan arenanın təmirə bağlanma ehtimalı var.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ötən günlərdə stadiona baş çəkib, ümumi durumla tanış olub. Daha sonra isə şəhər başçısı stadiondakı problemlərin aradan qaldırılması ilə bağlı öz göstərişlərini verib.
Arenada futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqların yenidən təmir olunması planın əsas hissəsidir.
Qeyd edək ki, stadion Elm və Təhsil Nazirliyinin balansındadır.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...