Ağdamda kütləvi koronavirusa yoluxma qeydə alınsa da, məktəb bağlanmır
20
okt
2021
12:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları artıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, məktəbin müəllim və şagird heyəti arasında kütləvi yoluxmalar qeydə alınsa da, tədrisin distant formasına keçidlə bağlı heç bir qərar verilməyib.
Habelə iddia olunub ki, məsələ ilə bağlı məktəb rəhbərliyi Ağdam Rayon Təhsil Şöbəsinə məlumat versə də, bununla bağlı müvafiq qərar qəbul olunmayıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa görə daha iki məktəb bağlandı
Zərdab rayonunda iki məktəb distant təhsilə keçib. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd orta məktəbləri şagird və...