Ağdam sakini keçmişi xatırladı: "Həbsə əqidə üstündə düşüblər"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Ağdam sakini Xudadat Xudiyev olub.
Verilişdə o, Ağdamın keçmiş toy adətlərindən söz açıb: "Əvvəllər Ağdamda toya 2-3 ay öncədən hazırlaşardılar. Məhəllədə toy olanda hamı sevinərdi. Məclisdən əvvəl qohumlar bir araya gəlib toy sahibinə kömək edərdilər. Toy isə 2 gün çəkərdi. Çalışırıq ki, indi də bu adətləri yaşadaq".
Xudadat Xudiyev Ağdam gənclərinin mərdliyindən də bəhs edib: "SSRİ dövründə Ağdamın adı gələndə hamı qorxardı. Bizim oğullarımız hər zaman sözlərinin üstündə durublar və heç nədən qorxmayıblar. Kiməsə qarşı ədalətsizlik olanda onu tanımasalar belə, arxasında durublar. Həbs olunan ağdamlıların çoxu da əqidələrinə sadiq qaldıqları üçün ora düşüblər".
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...