Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, Ağdam–Ağcabədi yolunun təxminən 15 kilometrlik hissəsi illərdir bərbad vəziyyətdədir. Sakinlərin bildirdiyinə görə, bir neçə il əvvəl ərazidə yol təmiri işlərinə başlanılıb, asfalt örtüyü tamamilə qazılaraq çıxarılıb, lakin işlər yarımçıq saxlanılıb.
Artıq 3 ildir ki, həmin yolda nə təmir aparılır, nə də baxım göstərilir. Yol boyunca yaşayan kənd sakinləri bildirirlər ki, toz və çirk səbəbindən nəfəs almaq çətinləşib, nəqliyyat vasitələri isə daimi nasazlıqla üzləşir.
Sakinlər aidiyyəti qurumlardan Ağdam–Ağcabədi yolunda təmir işlərinin bərpasını və yaranmış problemlərin aradan qaldırılmasını tələb edirlər.
Mövzu ilə bağlı lazımi quruma sorğu göndərildi.
Xatırladaq ki, eyni problemlə BAKU.WS saytı olaraq bir neçə dəfə reportaj hazırlamışıq. "Əzablı yollarla - Azərbaycanda insanları işgəncəyə salan daha bir yol" adlı reportajda problem daha aydın şəkildə işıqlandırılmışdı. Lakin hələ də, məsələnin həll yolu tapılmayıb.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...