Əzablı yollarla - Azərbaycanda insanları işgəncəyə salan daha bir yol
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq 3 ildir ki, Ağcabədi-Ağdam yolu bərbad vəziyyətdədir.
Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Qeyd edilir ki, hər gün yüzlərlə insan bu yoldan istifadə etsə də, heç kim onların çəkdiyi əziyyəti vecinə almır.
"Ağcabədinin Hindarx qəsəbəsindən başlayan yol Ağdamın Sarcalı kəndinə qədər uzanan yol təxminənv 30-a yaxın kənd və qəsəbəni birləşdirir. Buralara nə həkim gəlir, nə digər lazımı xidmət əməkdaşları gəlir", - deyə Tofiq adlı vətəndaş bildirib.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi bitəndən sonra həmin yolu təmir etmək üçün qazıblar. Lakin qazıntıdan sonra yolun təmiri yarımçıq qalıb.
Vətəndaşların sözlərinə görə, yolun təmiri üçün ayrılan vəsat bitib. Ona görə də, 20 kilometrə yaxın olan yol 3 ildən çoxdur bərbad vəziyyətdə qalıb.
BAKU.WS komandası olaraq adı çəkilən əraziyə baxış keçirdik. Həqiqətən də yol bərbad vəziyyətdədir. 15-20 dəqiqəlik yolu avtomobillər 1 saata gedirlər. Həmin ərazidən keçən maşın isə pis günə qalır. Ərazidən görüntüləri təqdim edirik:
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...