Ağalıya qayıdan sakin: “Ən gözəl gənclik günlərim orada keçib”

Ağalıya qayıdan sakin: “Ən gözəl gənclik günlərim orada keçib”
Sosial 1

“Ağalıdan gələndə 30 yaşımda var idi. Şükürlər olsun ki, Ağalıya qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizin canını sağ eləsin. Prezidentimizə təşəkkür edirəm ki, bizi bu günə qovuşdurdu”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Səmədova Validə deyib.

“Öz Vətənimizə, torpağımıza qayıdırıq. Gələndə 3 övladım var idi, indi 5 nəvəm var. İndi onlarla qayıdıram kəndə. Ən gözəl gənclik günlərim orada keçib”, - o vurğulayıb.

Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər