Ağa Nemətulla küçəsindəki "sürücü özbaşınalığı"na son qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozma halları ilə bağlı tədbirlər görülüb. Xatırladaq ki, ərazidəki kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirdilər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) BAKU.WS-ə verilən məlumata görə, qeyd edilən ərazidə asfalt örtüyü yenidən bərpa olunub və xətlənmə işləri görülərək hərəkətin düzgün qaydada tənzimlənməsi təmin edilib.
Bundan əlavə, sözügedən küçələrin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyən sürücülər barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada qanunauyğun tədbirlər görülür.
Oxşar xəbərlər
Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı
Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünür. Bu barədə Nicat Qasımov adlı vətəndaş BAKU.WS-in "...