Ağ Ev Baydenin səhhəti barədə açıqlama verdi
24
iyl
2022
20:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxan ABŞ prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində bildirib.
“Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss etdi. Bu gün onlarla əlaqə saxlayacağam”- deyə, o bildirib.
Qeyd edək ki, ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Bayden təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.
Oxşar xəbərlər
Bayden pandemiyanın bitmə vaxtını açıqlayıb
Pandemiya bütün dünyada peyvənd edilməyincə bitməyəcək. BAKU.WS "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib. Bayden deyib ki...