Sabah ABŞ-da vaksinasiya olunanların sayı 100 milyona çatacaq - VİDEO

Sabah ABŞ-da vaksinasiya olunanların sayı 100 milyona çatacaq  - VİDEO
Video
Sosial 139

ABŞ prezidenti Co Bayden bu həftə 100 milyon nəfərin vaksinasiya olunacağını bildirib.

BAKU.WS "ABC news"a istinadən xəbər verir ki, Bayden bununla da hədəfinə vaxtından əvvəl çatdığını qeyd edib.

"Qürur hissi ilə elan edirəm ki, sabah, administrasiyamızın 58-ci günündə 100 milyon amerikalının peyvənd olunması hədəfinə çatacağıq. Bu, qrafiki bir neçə həftə qabaqlamaqdır", - deyə ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ prezidentinin andiçmə mərasimindən bəri 98 mln. amerikalı vaksinasiya olunub. Ölkədə gündəlik vaksinasiya sayı 2,5 mln.dur. Co Bayden fəaliyyətə başlayacaqlarının 100-cü günündə 100 mln. amerikalını vaksinasiya edəcəyinə söz vermişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər